"Real" Benitezə əvəzləyici tapdı

Son turlar işləri qaydasında getməyən Madrid "Real"ında məşqçi dəyişikliyi gözlənilir. SportLine.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Xəbərdə "Kral klubu"nun qışda Rafael Benitezlə yollarını ayıracağı qeyd olunub. 

"Vilyarreal"a məğlubiyyətən sonra klub prezidenti Florentino Peresin də səbr kasasının daşdığı bildirilən yazıda paytaxt təmsilçisinin artıq Benitezə əvəzləyici də tapdığı deyilib. Ehtimallar özünü doğrultsa, "Real"ın baş məşqçi postuna hazırda klubun ikinci komandası - "Kastilya"nı çalışdıran Zinəddin Zidan gətiriləcək.

Qeyd edək ki, son günlər Benitez uğursuz nəticələrlə yanaşı, futbolçular arasında əhval-ruhiyyənin aşağı düşməsində də əsas günahkar hesab olunur.