"Real" Bunu istəyir
“Real Madrid” və “Sevilya” komandaları qapıçı Yasin Bununu Madrid klubuna köçürmək üçün danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, 32 yaşlı mərakeşli qolkiper "Əl-Nəsr"in təklifini rədd edib və Avropada qalmaqda israrlıdır. Bu, "Real Madrid" və "Sevilla" arasında danışıqların başlamasında əsas rol oynadı.
Daha əvvəl bildirilmişdi ki, “Real”ın qapıçısı Tibo Kurtua zədələndiyi üçün klub “Mançester Yunayted”in qapıçısı David De Xeanı almaq istəsə də, Madrid komandasının baş məşqçisi Karlo Ançelotti onun transferinə mane olub.