"Real"da intim video şoku
"Real Madrid"in mətbuat xidməti bildirib ki, klubun ehtiyat komandalarının 4 futbolçusu seksual xarakterli şəxsi videoları qanunsuz yaymaqda şübhəli bilinərək saxlanılıb.
Sportline.az xəbər verir ki, 3 "Real C" oyunçusu və bir "Kastilya" futbolçusu ifadə verib. Onlar videonu messencerdə paylaşıblar. Vəziyyətlə bağlı verdikləri izahatlardan sonra bütün oyunçular artıq sərbəst buraxılıb.
Bildirilir ki, videoya düşən qız videoyazıya və onun yayılmasına razılıq verməyib.