"Real" "Kral kuboku"ndan kənarlaşdırıldı

Madrid "Real"ıİspaniya Futbol Federasiyası tərəfindən sərt cəzaya məruz qalıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Kral kuboku"ndan kənarlaşdırılıb. Buna səbəb, "Real"ın 1/16 final mərhələsində "Kadiz"lə görüşdə cəzalı Denis Çerışevin xidmətindən istifadə etməsi olub.

Xatırladaq ki, sözügedən matç madridlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birinin müəllifi Çerışev olub.