"Real Madrid" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəyəcək

"Real Madrid" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "kral" klubu "Lill"də çıxış edən 18 yaşlı fransalı müdafiəçi Leni Yoror üçün 30-40 milyon avro ödməyi qəbul edib. 

"Real Madrid" rəsmiləri gənc müdafiəçi üçün Fransa klubu ilə danışıqlara başlayacağını bildirib. 

Qeyd edək ki, Leni Yoro bu mövsüm "Lill" orması ilə çıxdığı 34 rəsmi matçda 3 dəfə fərqlənə bilib.