"Real Madrid" - "Barselona": Heyətlər açıqlandı
Bu gün İspaniya "La Liqa"sında 12-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, bu tur növbəti "El Klasiko" ilə yadda qalacaq. Artıq komandaların təxmini heyətləri də bəllidir. Sport.es saytının açıqladığı heyətlərdə aşağıdakı futbolçular yer alıb:
"Real Madrid": Keylor Navas, Pepe, Ramos, Marselo, Danilo, Toni Kros, Kasemiro, Luka Modriç, Ronaldo, Xames Rodriges, Qaret Beyl;
"Barselona": Bravo, Pike, Alves, Alba, Matyö, Busqets, İnyesta, Maskerano, Luis Suarez, Lionel Messi, Neymar.
Xatırladaq ki, "Real Madrid" - "Barselona" matçının start fiti saat 21:15-də səslənəcək.