"Real Madrid" Kilyan Mbappenin forma nömrəsini açıqlayıb

"Real Madrid" rəsmi saytında bir sıra futbolçuların nömrələrini dəyişdiyini açıqlayıb.

Sportline.az İspaniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, komandanın yeni transferi Kilyan Mbappe 9 nömrəli forma ilə çıxış edəcək.Daha əvvəl 12 nömrəli formanı geyinən Kamavinqa artıq 6 nömrə altında çıxış edəcək.Federiko Valverde 8, Çuameni 14 nömrəli formanı geyinəcək. Arda Gülər 24 nömrəli formanı 15-ə dəyişib.Vallexonun yeni forma nömrəsi isə 18 olub.

Xəbərdə bildirilir ki, "Real Madrid"in yeni formaları sabahdan etibarən rəsmi mağazalarda satışa çıxarılacaq.

Qeyd edək ki, Kral klubu iyulun 16-da yeni transferi Kilyan Mbappe üçün Santiaqo Bernabeu Stadionunda təqdimat mərasimi keçirəcək. Fransalı bundan əvvəl PSJ-də çıxış edirdi.