“Real Madrid” qapıçısını satmaq istəyir
"Real" qapıçı Andrey Luninlə yollarını ayırmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, "kral klubu" ukraynalı qolkiperin performansından məmnun deyil.
La Liqa nəhəngi 26 yaşlı "əlcək sahibi"nin satışından 25-30 milyon avro gəlir əldə etmək istəyir.
Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib.