“Real Madrid” ulduz futbolçu ilə müqaviləni uzadacaq

"Kral" klubu almaniyalı ulduz futbolçu Toni Kross ilə müqavilənin müddətini uzadacaq.

Sportline.az jurnalist Fabrisio Romanoya istinadla xəbər verir ki, futbolçu 2025-ci ilə İspaniyanın paytaxtında qalacaq.

Toni Kross 2014-cü ildə "Bavariya" klubundan "Real Madrid"ə transfer olunmuşdu. 

Qeyd edək ki, daha əvvəl Almaniya millisindəki karyerasını başa vuran Toni Kross yenidən milliyə qayıdıb və komadası ilə birgə AVRO 2024-də iştirak edəcək.