“Real Madrid” Vinisiusla bağlı qərar verdi
“Real Madrid” brazilyalı ulduz futbolçusu Vinisius Juniorla yola davam etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi 25 yaşlı sol cinah vingerinə yeni müqavilə təklif edib.
Bu haqda “Diario As” nəşri məlumat yayıb.
Qeyd edək ki, Vini cari mövsüm meydana çıxdığı 22 matçda 6 qol, 5 asist müəllifi olub.