“Real Madrid”in gənc ulduzu rekorda imza atıb

"Real Madrid"in gənc ulduzu rekorda imza atıb.

Sportline.az xəbər verir ki, 17 yaşlı braziliyalı hücumçu Felipe Endrik milli komandanın heyətində Uembli stadionunda qol vuran ən gənc futbolçu olub.

O, İngiltərə ilə keçirilən görüşdə Braziliya millisinin qələbə qolunu vuraraq Ronaldo Fenamononu qabaqlayıb. 

Qeyd edək ki, İngiltərə Braziliya görüşü qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.