“Real Madrid”in ulduzu milli araya damğasını vurdu

Mövsümün sonunda “Real Madrid”ə qoşulacaq olan Endrik İngiltərə və İspaniya ilə oyunlarda diqqətləri üzərinə çəkib.

Sportline.az xəbər verir ki, İngiltərə ilə komandasına qələbə qazandıran gənc oyunçu ,dünən keçirilən İspaniya ilə oyunda ikinci qolunu vurub.

Endirk hər 2 oyunda da meydana sonradan daxil olub.

Xatırladaq ki, “Real Madrid” Endriki “Palmeyras” klubundan 60 milyon avro qarşılığında transfer etmişdi.