"Real" Mbappe ilə razılaşdı

"Real Madrid" və Kilian Mbappe razılığa gəlib.

Sportline.az xəbər verir ki, PSJ gələn il hücumçunu pulsuz itirmək istəmir. Parislilər onunla müqaviləni uzatmaq və ya bu yay satmaq niyyətindədirlər. Artıq futbolçunun özü də müqavilənin 2025-ci ilə qədər uzadılması variantını aktivləşdirməyəcəyini açıqlayıb. 

Mbappe və "Real Madrid" arasında artıq ilkin plan - müqavilənin müddəti 2024-cü ildə başa çatdıqdan sonra futbolçunun kluba transferi ilə bağlı hazır razılıq var. Bununla belə, klublar arasında danışıqlarda irəliləyiş əldə olunarsa, Kilianın bu yay "Real Madrid"ə keçməsi mümkündür . PSJ "Real Madrid" rəhbərliyinə doğru ilk addımı atmaqdan çəkinir . 

Kilian daha bir mövsümü Parisdə keçirməyə hazırdır. O, klubda qalsa, sentyabrda 90 milyon avro bonus alacaq. PSJ bu yay 24 yaşlı futbolçunun transferi üçün 180-200 milyon avro tələb edəcək.