"Real" Mbappeni yalnız 2024-cü ildə pulsuz transfer etməyə hazırdır

"Real Madrid" hələ də 2024-cü ildə pulsuz transfer üçün Kilian Mbappeni transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, PSJ ilə danışıqlar olmayacaq və danışıqlarda heç bir vasitəçi iştirak etməyəcək.

Bundan əlavə, "Real Madrid" bu yay transferin nə qədər başa gələcəyini belə təxmin etməyib.

Daha əvvəl PSJ-nin bu yay Mbappe üçün "Real Madrid"dən təxminən 250 milyon avro istədiyi bildirilmişdi. Hücumçunun müqaviləsi 2024-cü ilin iyununda başa çatır.