"Real" onunla maraqlanır
"Real Sosyedad" Donni van de Beek ilə maraqlanır.
Sportline.az xəbər verir ki, ispan klubu yarımmüdafiəçini satın alma bəndi ilə icarəyə götürmək üçün "Mançester Yunayted"lə danışıqlar aparır. "Real Sosyedad"ın idman direktoru Roberto Olabe niderlandlını komandasını dəyişməyə çağırıb.
Van de Beek ötən mövsüm Premyer Liqada 7 oyuna çıxıb.