"Real" qələbə ilə başladı

"Real" La Liqanın 2023/24 mövsümündə ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi 1-ci turda "Atletik"lə qarşılaşıb. Matç "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

28-ci dəqiqədə Rodriqo fərqlənib. 36-cı dəqiqədə isə Cud Bellinqem qapını dəqiq nişan alıb.

Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 3 xalla 2-ci, 0 xalı olan "Atletik" isə 19-cudur.