"Real" Vinisiusu icarəyə götürdü

"Real Madrid" növbəti dəfə "Şaxtyor"un müdafiəçisi Vinisius Tobiası icarəyə götürüb.

Sportline.az xəbər verir ki, tərəflər hazırda sənədlərin imzalanması mərhələsindədir.

Braziliyalı 2024-cü ilin yayına kimi Madrid təmsilçisində olacaq. Bu keçid üçün paytaxt klubu 500 min avro ödəyəcək və futbolçunu 15 milyon avroya almaq hüququ əldə edəcək.