"Real"dan "Almeriya"ya
"Almeria" "Real"ın yarımmüdafiəçisi Serxio Arribası transfer edib.
Sportline.az xəbər verir ki, 21 yaşlı ispaniyalı yeni klubu ilə 6 illik müqavilə imzalayıb. Transfer "Almeriya"ya 8 milyon avroya başa gəlib.
Arribas "Real Madrid"in yetirməsidir. Madridin əsas komandasında 14 oyun keçirib, 1 qol vurub.