"Real"dan ardıcıl 3-cü qalibiyyət
"Real" La Liqanın 3-cü turunda "Selta"nın qonağı olub.
Sportline.az xəbər verir ki, matç Madrid klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Selta" - "Real" - 0:1
Qol: Bellinqem, 82
Bu nəticədən sonra Karlo Ançelottinin baş məşqçisi olduğu komanda 9 xalla 1-ci pillədə qərarlaşıb. "Selta" isə 1 xalla 16-cıdır.