"Real"dan "Vilyarreal"a

"Real Madrid Kastilya"nın baş məşqçisi Raul "Vilyarreal"a keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, 46 yaşlı mütəxəssis “Vilyarreal”la həlledici danışıqları davam etdirir. Daha əvvəl "Real Madrid"in Raulu başqa kluba buraxmağa hazır olduğu bildirilirdi. Raul 2019-cu ildən "Real Madrid"in gənclər komandasına rəhbərlik edir.