"Real"ın B planı
"Real Madrid" Duşan Vlahoviçin transferini düşünür.
Sportline.az xəbər verir ki, Madrid klubu Kərim Benzemanın gedişindən sonra yeni mərkəz hücumçusu axtarır. Çox güman ki, klub Kilian Mbappe ilə müqavilə imzalayacaq, lakin transferin bu yay baş tutacağına zəmanət yoxdur. "Real" alternativ variantları araşdırır.
"Real Madrid" "Tottenhem"dən Harri Keyni və "Napoli"dən Viktor Osimheni transfer etməyi düşünürdü, lakin transfer qiymətlərini öyrəndikdən sonra bu oyunçulardan imtina edib. Hazırda "Real Madrid"in üçüncü variantı "Yuventus"un hücumçusu Duşan Vlahoviçdir.
Vlahoviç ötən mövsüm A Seriyasında 27 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.