“Real”ın əsas hədəfi
“Real Madrid” 2026-cı il üçün ilk transfer planını artıq müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, Madrid klubu bir neçə ay əvvəl də gündəmdə olan Niko Pazı geri qaytarmağı planlaşdırır.
İspaniya təmsilçisinin futbolçu üçün mövcud olan geri alma bəndinin yanvar ayında qüvvədə olmayacağı bildirilir.
Bu səbəbdən “Komo” argentinalı yarımmüdafiəçini mövsümün sonuna qədər komandada saxlamaq niyyətindədir.
Niko Paz cari mövsümdə “Komo” ilə İtaliya A Seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Onun performansı Avropanın bir sıra top klublarının diqqətini cəlb etsə də, “Real Madrid” transferdə bir addım öndə görünür.