"Real"ın etirazı qəbul olunmadı

İspaniya Futbol Federasiyası "Kral Kuboku"ndan kənarlaşdırılan Madrid "Real"ının müraciətinə baxıb. SportLine.az xəbər verir ki, "Kadiz"lə görüşdə cəzalı Denis Çerışevi meydana buraxan komanda məsələdən xəbərdar edilmədiklərini əsas gətirərək cəzaya etirazını bildirib. Federasiya klubun etirazını əsassız sayaraq qərarı qüvvədə saxlayıb.