"Real"ın sabiq oyunçusu "Barselona"ya keçmək istəyir
Hal hazırda azad agent statusunda olan Keylor Navas karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Sportline.az “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, 37 yaşlı kosta rikalı qapıçı "Barselona" klubuna transfer olmağa müsbət yanaşır.
O, "Barselona"dan təklif gələcəyi təqdirdə qəbul etməyə hazır olduğunu bildirib. Qolkiper maaş məsələsində problem yaratmayacağını da əlavə edib.
Qeyd edək ki, Keylor Navas daha öncə 2014-2019-cu illərdə "Real Madrid"in şərəfini qoruyub.