"Real"ın yeni hədəfi
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraes karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı braziliyalı üçün Madrid "Real"ı mübarizə aparır. Madrid klubu təzminat kimi qeyd olunan futbolçu üçün təxminən 120 milyon avro ödəməli olacaq. "Real Madrid" müqaviləni qış transfer pəncərəsində tamamlamağı planlaşdırır.