Rebiç "Beşiktaş" yolunda...
Xorvatiyalı hücumçu Ante Rebiç “Milan”dan Türkiyənin “Beşiktaş” klubuna keçir.
Sportline.az xəbər verir ki, futbolçu tibbi müayinədən keçmək üçün sabah, iyulun 29-da İstanbula uçacaq. Transfer məbləği 1,5 milyon avrodur.
Rebiç özü ildə 2,5 milyon avro qazanacaq. Müqavilə 2025-ci ilə qədər bağlanacaq və daha bir il uzadılacaq.
Xorvatiyalı "Milan"a 2019-cu ildə Frankfurt "Ayntraxt"ından keçib. İtalyan klubu üçün futbolçu 127 oyun keçirib, 29 qol vurub və 14 məhsuldar ötürmə verib. 2021/2022 mövsümündə Milan klubu ilə İtaliya çempionu olub.