Remzi ilə müqavilə ləğv olundu

“Nitsa” yarımmüdafiəçisi Aaron Remzi ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Remzi 2022-ci ilin yayında  Fransa Liqa 1 klubuna  transfer olunmuşdu. Uelsli futbolçu  ötən mövsüm komandanın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.