Reşford komandada qalır

Markus Raşford "Mançester Yunayted"lə müqaviləsini uzadıb.

Sportline.az xəbər verir ki, hücumçunun klubla yeni müqaviləsi 2028-ci il iyunun 30-na kimi nəzərdə tutulub. 

Rashford "Mançester Yunayted"in məzunudur. O, ilk komandada debütünü 2016-cı ildə edib və o vaxtdan bəri “Mançester Yunayted”in heyətində 359 oyuna çıxıb, 123 qol vurub. 

2022/23 Premyer Liqa mövsümündə Markus 35 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.