"Reyncers"i o çalışdıracaq
Şotlandiyanın "Reyncers" klubun yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, əvvəllər "Monako”nu çalışdıran Filip Klement artıq “Reyncers”də fəaliyyət göstərəcək.
Mütəxəssis daha əvvəl "Brügge", "Genk" və "Vasland-Beveren" işləyib.
Qeyd edək ki, Klement "Reyncers"də Maykl Bili əvəzləyib. Komanda hazırda Şotlandiya çempionatında 7 turdan sonra 15 xalla ikinci pillədə qərarlaşıb.