Rıdvan Yılmaz milli komandanın heyətindən çıxarılıb
Rıdvan Yılmaz zədə üzündən seçmə komandanın heyətindən çıxarılıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə millisində çıxış edən gənc futbolçu zədə üzündən komandaya kömək edə bilməyəcək.
Macarıstanla yoldaşlıq matçında zədələnən 22 yaşlı cinah müdafiəçisinin 8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Rıdvan Yılmaz hazırda Şotlandiyanın "Rencers" klubunda çıxış edir.