Riyad Mahrez üçün cəlbedici təklif

“Əl-Əhli” “Mançetser Siti”yə Riyad Mahrez üçün 43 milyon funt sterlinq təklif edib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunu bu yay heyətə qatmağı planlaşdırır.

İlkay Gündoğanın “Barselona”ya transfer olması Mahrezin gedişi ilə bağlı məsələni düyünə salıb. 

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardyola onun xidmətində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Riyad Mahrez son mövsüm “Mançester Siti” forması ilə çıxdığı 47 oyunda 15 qol və 13 asist müəllifidir.