"Rizəspor" Qayçı aldı
ÇSKA-nın hücumçusu Adolfo Qayç icarə əsasında Türkiyənin "Rizəspor" klubuna keçib.
Sportline.az xəbər verir ki, müqavilə 2023/24 mövsümünün sonuna qədər qüvvədədir. Getməzdən əvvəl 24 yaşlı argentinalı ordu klubu ilə müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Qayç 2020-ci ildən ÇSKA-da çıxış edir. O, komandanın heyətində 37 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Bu mövsüm o, bütün turnirlərdə 7 matçda 1 qol vurub.