"Rizespor"da Qayçı istəyir

ÇSKA-nın hücumçusu Adolfo Qayç karyerasını Türkiyə çempionatında davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, 24 yaşlı argentinalını "Rizəspor" icarəyə götürmək istəyir. Forvardın müqavilə bağlamaq üçün yaxın vaxtlarda Türkiyəyə uçacağı bildirilir.

Qayç 2020-ci ilin avqustunda ÇSKA-ya keçib, o, "qırmızı-göylər"in heyətində 37 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.