Rodriqes "Lion"a keçməyə yaxındır

“Betis”in yarımmüdafiəçisi Qvido Rodriqes Fransa çempionatına keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Lion" 29 yaşlı argentinalı ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.

Rodrigesin hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. "Transfermarkt" oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.

2022/23 mövsümündə argentinalı yarımmüdafiəçi bütün yarışlarda 44 oyuna çıxıb və 2 qol vurub.