Roke Mesa klubunu dəyişdi

Yarımmüdafiəçi Roke Mesa "Sportinq Xixon"a keçib.

Sportline.az xəbər verir ki, 34 yaşlı ispaniyalı klubla 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.

“Valyadolid”lə müqaviləsi başa çatdığı üçün futbolçu iyulun 1-dən azad agent statusundadır. O, daha əvvəl "Sevilya", "Leqanes", "Suonsi", "Las Palmas" və "Levante"də də çıxış edib.