"Roma" Eqor Prutsevlə maraqlanır

"Selje"dən icarəyə götürülən "Srvena Zvezda"nın yarımmüdafiəçisi Eqor Prutsev karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Roma” 20 yaşlı rusiyalını istəyir. Prutsevin qol ötürməsi etdiyi "Makkabi" ilə Konfrans Liqası matçında futbolçunu "Roma" skautları izləyib.

Prutsev 2022-ci ildən "Srvena Zvezda"da çıxış edir. O, ötən mövsüm Serbiya komandasında 11 oyun keçirib və bir qol vurub. Rusiyanın “Srvena Zvezda” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.