Roman Qriqorçuk: "Zəif oynadıq və xal itirdik"
“Ardıcıl beş oyundur qələbə qazana bilmirik. Düşünürəm, bunların üçündə qalib gəlməyə borclu idik”. SportLine.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk “Sumqayıt”la keçirilən oyundan sonra deyib. Görüş haqda fikirlərini bildirən mütəxəssis komandasının sərgilədiyi oyundan razı qalmadığını bildirib: “Zəif təsir bağışladıq. Bunun nəticəsində də növbəti dəfə xal itirdik”.
Zədəli futbolçular barədə də məlumat verən Qriqorçuk, “Artıq onlar komanda ilə birgə məşqlərə qatılırlar. Güman edirəm ki, Avropa Liqasının növbəti turunda PAOK-la keçirəcəyimiz matçda həmin futbolçuların xidmətindən yararlana biləcəyik”.