Romelu Lukaku "Milan" yolunda

"Milan" klubu hücum xəttini gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, milanlılar bu məqsədlə Romelu Lukakunu heyətə qatmağı planlaşdırırlar.

Bu haqda jurnalist Canluka Di Marsio məlumat yayıb.

Onun sözlərinə görə, "rosso-neri" artıq futbolçunun məxsus olduğu "Çelsi" ilə danışıqlara başlayıb.

Qeyd edək ki, son mövsümü icarə əsasında "Roma"da keçirən belçikalı forvard 47 oyunda 21 qol, 4 asist müəllifi olub.

Transfermarkt portalında hücumçunun dəyəri 30 milyon avrodur.