Ronald Arauxo :"Barselona"da xoşbəxtəm"

Ronald Arauxo karyerasını "Barselona"da davam etdirmək istəyir.

 Sportline.az idman jurnalisiti Fabritsio Romanonun paylaşımına istinadla xəbər verir ki, uruqvaylı müdafiəçi azarkeşlərin komandada qal çağırışına cavab verib.

O açıqlamasında :"Hər kəs mənim burada xoşbəxt olduğumu bilir. Əgər "Barselona" rəsmiləri məni burada istəyirlərsə sonadək qalmağa hazıram. Burada xoşbəxtəm",-deyib.

Qeyd edək ki, Ronald Arauxo 2020-ci ildən "Barselona"nın şərəfini qoruyur.