Ronaldo: "AVRO-2024-dəyik! Mən çox şadam!"

Portuqaliya millisi Slovakiya üzərində qələbə sayəsində final mərhələsinə vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, Portuqaliyanlın superulduzu Kriştiano Ronaldo sosial şəbəkədə sevincini fanatları ilə bölüşüb.

“AVRO-2024-dəyik! Mən Portuqaliyaya bu möhtəşəm yarışın final mərhələsinə bir daha kömək etməkdən çox şadam. Gözəl təbriklərə görə Portuqaliya Futbol Federasiyasına və stadionda olan azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm!” — deyə Ronaldo sosial şəbəkədə yazıb.

Portuqaliya millisi 7 oyunun hamısında qalib gələrək 21 xalla J qrupunda birinci yeri təmin edib.