Ronaldo əsəbini operatordan çıxardı

Kriştiano Ronaldo "Əl-Nəsr"in qolsuz bərabərliyindən sonra əsəbiləşib.

Sportline.az xəbər verir ki, Portuqaliya yığmasının üzvü Ərəb Klublararası Çempionlar Kubokunun 1-ci mərhələsinin oyununda "Əl-Şəbab"la 0:0 hesabı ilə heç-heçə edib. Ronaldo 62-ci dəqiqədə meydana çıxıb və 74-cü dəqiqədə onun qolu oyundankənar vəziyyətə görə ləğv edilib.

Matçdan sonra Kriştiano əsəbiləşib. Forvard meydanı tərk edərkən qollarını yelləyərək narazılıq edib. Ardınca portuqaliyalı onu lentə alan operatora su sıçradıb və bir neçə dəfə jestləri ilə onu uzaqlaşmağa çağırıb.