Ronaldo həbs oluna bilər

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Kubokunda "Əl-Şorta" ilə matçda (1:0) qol vurduqdan sonra Səudiyyə Ərəbistanının qanunlarını pozub.

Sportline.az xəbər verir ki, ölkədə ictimai yerlərdə xristian jestlərini göstərmək qadağandır.

38 yaşlı futbolçunun bu hərəkətinə görə həbs olunacağı bildirilir. Səudiyyə Ərəbistanında xristianların hər hansı jesti cinayət sayılır, çünki onları nümayiş etdirən şəxsin başqalarını inanclarına çevirməyə çalışdığına inanılır.

Qeyd edək ki, buna görə artıq bir futbolçu həbs edilib. “Əl-Nəsr”in keçmiş oyunçusu Xuan Pablo Pino İsa Məsihin döyməsini vurduğu üçün həbs edilib.