Ronaldo komandasına kubok qazandırdı

Ərəb Çempionlar Kubokunun final oyununda Səudiyyə Ərəbistanının iki klubu - "Əl-Hilal" və "Əl-Nəsr" qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd Beynəlxalq Stadionunda keçirilib. Matç "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə başa çatıb və kubokun sahibi olub. Kriştiano Ronaldo sözügedən görüşdə dubl edib.

12 avqust

"Əl-Hilal" - "Əl-Nəsr" - 1:2
Qollar
: Maykl, 51 (1:0), Ronaldo, 74 (1:1), 98 (1:2)