Ronaldo: "Messi ilə rəqabət bitdi"

“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo hesab edir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə rəqabəti keçmişdə qalıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu bunu öz açıqlamasında bilririb.

“Messi ilə rəqabət bitdi. Əla idi, pərəstişkarları bəyəndi. Məni sevən hər kəs Messiyə nifrət etməməlidir.İkimiz də yaxşı oyunçuyuq, futbol tarixini dəyişmişik. Bizə bütün dünyada hörmət edirlər və əsas da budur. O öz yolu ilə gedir, mən də öz yolumla. Mən demirəm ki, biz dostuq, amma biz peşəkar həmkarlarıq və bir-birimizə hörmət edirik”, - deyə portuqaliyalı futbolçu bildirib.