Ronaldo Messini keçdi

Kriştiano Ronaldo "Forbes" jurnalına görə dünyanın ən çox maaş alan futbolçusudur.

Sportline.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu bu il 260 milyon dollar qazanıb ki, bunun da 200 milyon dolları maaş və bonuslardan, 60 milyon dolları isə sponsorluq müqavilələrindən əldə edilib.

“İnter Mayami”nin hücumçusu Lionel Messi isə siyahıda ikincidir. “Əl-Hilal”ın hücumçusu Neymar ilk üçlüyü tamamlayır.