Ronaldo Polşa klubunda

Polşanın I Liqasında çıxış edən "Korona" (Keltse) klubu rumıniyalı futbolçu Ronaldo Dyakonunu heyətinə qatıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

"Korona" Ronaldo Dyakonunun transferini açıqlayan zaman Braziliya millisinin sabiq futbolçusu Ronaldo və hazırda İngiltərənin "Mançester Yunayted" klubunda məxsus olan Kriştianu Ronaldunun fotosundan istifadə edib.