Ronaldo: "Real Madrid" dünyanın ən böyük klubudur"

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo dünyanın ən böyük klubunun adını çəkib.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, ulduz futbolçu, "Məncə, dünyanın ən böyük klubu Real Madrid"dir deyə açıqlayıb.

Xatırladaq ki, Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib, sonra “Yuventus”a keçib. 39 yaşlı Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Xatırladaq ki, fevralın 5-də Kriştiano Ronaldonun 40 yaşı tamam olacaq.