Ronaldo tarixdə üç müxtəlif onillikdə 100-dən çox qol vuran 6-cı oyunçu oldu

Superulduz Kriştiano Ronaldo adını bu dəfə də tarixə yazdırmağı bacarıb.

Sportline.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində Slovakiya ilə matçda Ronaldo penaltini dəqiq yerinə yetirib.

Bu qolla 38 yaşlı portuqaliyalı tarixdə üç müxtəlif onillikdə ən azı 100 rəsmi qol vuran altıncı oyunçu olub. Ondan əvvəl bu nailiyyətə Alfredo Di Stefano, Ferens Puşkas, Pele, Romario və Lionel Messi nail olub.

Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və “Əl-Nəsr” klublarında qollar vurub.

Ümumilikdə o, klub karyerasında 726, Portuqaliya millisində isə 124 qol vurub.