Ronaldo üçün yeni baş məşqçi

"Botafoqo"nun baş məşqçisi Luiş Kaştru tezliklə "Əl-Nəsr"ə rəhbərlik edəcək.

Sprotline.az xəbər verir ki, 61 yaşlı portuqaliyalı Səudiyyə klubu ilə 2+1 şərti ilə müqavilə imzalayacaq.

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo şəxsən həmyerlisi ilə əlaqə saxlayıb, onu kluba rəhbərlik etməyə razı salıb.

“Əl-Nəsr” Luiş Kaştru üçün 2,3 milyon avro ödəyəcək, çünki onun "Botafoqo" ilə müqaviləsi 2024-cü ilin mart ayına qədərdir.

Banner