Ronaldo xristianlığı qəbul edib

Əfsanəvi braziliyalı hücumçu Ronaldo xristianlığı qəbul edib.

Sportline.az xəbər verir ki, bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat verib.

“Bu gün xüsusi bir gündür. Mən vaftiz olundum! Uşaqlıqdan bəri vaftiz olunmamış olsam da, xristian imanı həyatımın əsas hissəsi olub. Müqəddəs mərasimlə özümü həqiqətən də Tanrının övladı kimi yenidən doğulduğumu hiss edirəm - yeni, daha şüurlu... Mən İsanın məhəbbətinə güvənərək öz iradəmlə yaxşılıq yolu ilə getməyə sadiq olduğumu bir daha təsdiq edirəm. San Xose kilsəsinə, Ata Dom Osvalda və əziz xaç babaları Amilkar və Mala "çox sağ olun" deyirəm”, - deyə futbolçu sosial şəbəkələrdə yazıb.

46 yaşlı Ronaldo ikiqat "Qızıl top"un qalibi və ikiqat dünya çempionudur. O, həmçinin FİFA-ya görə üç dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.